525.Az

Elşad Abdullayevin nəhəng villası baxımsız qalıb


 

Elşad Abdullayevin nəhəng villası baxımsız qalıb<b style="color:red"></b> Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin Kürdəmir şəhərində yerləşən nəhəng villası baxımsız qalıb.

Lent.az-ın məlumatına görə, Kürdəmir şəhərinin mərkəzində, Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli mansard tipli villanın hasarı, divarları qopub tökülür. Qış aylarında yağan yağıntıların binanın damından süzülərək yuxarı mərtəbələrinə tökülməsi nəticəsində uzaqdan görünə biləcək baxımsızlıq görüntüsü yaranıb.
 
Qonşuluqda yaşayan şəxslər Lent.az-a bildirib ki, keçən ilədək villada Elşad Abdullayevin uzaq qohumu olan mühafizəçi yaşayıb. Lakin son vaxtlar o da buranı tərk edib. Ümumiyyətlə, 5 mərtəbəsi, 20-dən çox otağı olan binada daimi yaşayış olmayıb.
 
Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin bu ilin sentyabrından etibarən qalmaqallı videolar yayır. Onun yaydığı ilk videokadrlardan sonra millət vəkili Gülər Əhmədova mandatından imtina edib.
 





11.03.2013    çap et  çap et