525.Az

Fars dilində “Odlar diyarı - Azərbaycan” jurnalı


 

Fars dilində “Odlar diyarı - Azərbaycan” jurnalı <b style="color:red"></b> Azərbaycanın İrandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Eligəşt” turizm şirkəti tərəfindən fars dilində “Odlar diyarı - Azərbaycan” adlı jurnal nəşr olunub.
 

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, jurnalda paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da turizm potensialı əks etdirilib, Azərbaycanın gəzməli-görməli yerləri, mətbəxi və adət-ənənələri haqqında geniş məlumat yer alıb.
 
Nəşrdə Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, tarixi və memarlıq abidələri, muzeyləri və təbiəti haqqında da materiallar verilib.
 





09.09.2016    çap et  çap et