525.Az

Xaçmazda binaların təmirinə 3 milyon manat ayrıldı


 

Xaçmazda binaların təmirinə 3 milyon manat ayrıldı<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
APA-nın məlumatına görə, Xaçmaz şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
 
Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Xaçmazda Modul Tipli Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi, Bayraq Meydanı Kompleksi, əlil və şəhid ailələri üçün ümumilikdə 92 mənzilli 4 yaşayış binası inşa edilib, Rayon Mərkəzi Xəstəxanası, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, Tarix-Diyarşünaslıq, “Xalça”, “Şəxsiyyətlər”, “Xalqlar Dostluğu”, “Bayraq” Muzeyləri və Rəsm Qalereyası istifadəyə verilib. Habelə “Yalama” Aqroparkı və digər iri istehsal, emal müəssisələri yaradılıb, 60 çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri aparılıb.
 





09.09.2016    çap et  çap et