525.Az

Səməd Seyidov Fransaya gedir


 

Səməd Seyidov Fransaya gedir<b style="color:red"></b>

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti Rene Rukenin dəvəti ilə sentyabrın 11-dən 13-dək Parisdə səfərdə olacaq.

Trend Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, S.Seyidov “AŞPA-nın gələcəyi və təşkilatda islahatlar” mövzusunda keçiriləcək dəyirmi masada iştirak edəcək.

Tədbirdə qurumun gələcək fəaliyyəti, islahatların aparılmasının vacibliyi, üzv ölkələr arasında səmərəli əməkdaşlığın genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səməd Seyidov toplantıda Azərbaycanla AŞPA arasında əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşəcək.

Millət vəkili Milli Məclisin nümayəndə heyətinin tərkibində Strasburqda keçiriləcək AŞPA-ya üzv dövlətlərin Parlament Sədrlərinin Konfransında da iştirak edəcək.

Səfər sentyabrın 16-da başa çatacaq.

 





09.09.2016    çap et  çap et