525.Az

"Valideynlərin qeyri-peşəkar müdaxilələri neqativ nəticələr verir"


 

"Valideynlərin qeyri-peşəkar müdaxilələri neqativ nəticələr verir"<b style="color:red"></b> “Bu gün ən aktual məsələlərdən biri uşaqların məktəb təliminə hazırlanmasıdır. Reallıq ondan ibarətdir ki, uşaqlar məktəb təliminə başlayarkən problemlərlə üzləşməli olurlar. Bu problemlər onların həmyaşıdları və müəllimi ilə ünsiyyətdə, birgə qrup fəaliyyətində lazımi təlim bacarıqlarının olmamasında özünü göstərir. Onlar məktəbə hazır olmadıqlarından ibtidai təhsil səviyyəsində də çətinliklərlə rastlaşırlar”.
 
APA-nın xəbərinə görə, bunu Təhsil Problemləri İnstitutunun (TPİ) direktor müavini Ənvər Abbasov deyib. 
 
O qeyd edib ki, valideynlərin “məktəbə hazırlıq” anlayışını yalnız yazı, oxu və hesablama vərdişlərinin aşılanması kimi başa düşmələri və bu işə qeyri-peşəkar müdaxilə etmələri sonda məktəbdə öz neqativ nəticələrini göstərir:

“Heç şübhəsiz ki, bu problemin həlli üçün məktəbəqədər təhsilin ardıcıl və sistemli təşkil olunması vacib hesab edilir və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda bu məsələnin xüsusi olaraq qeyd edilməsi, məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin olunması nəzərə alınır. 2014/15 və 2015/16-cı tədris illərində layihə şəklində məktəbəhazırlıq kursları təşkil edilir”.
 





10.09.2016    çap et  çap et