525.Az

MDB PA Azərbaycandakı referendumu izləyəcək


 

MDB PA Azərbaycandakı referendumu izləyəcək<b style="color:red"></b> MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendumu müşahidə edəcək.
 
APA-nın xəbərinə görə, bu barədə qurumun saytında məlumat verilib. Nümayəndə heyəti referendum günü Azərbaycanda olacaq.

Bununla bağlı Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov tərəfindən MDB Parlamentlərarası Assambleyası Şurasının sədri Valentina Matviyenkoya rəsmi dəvət göndərilib.

Müşahidə missiyasının tərkibinə MDB PA-da iştirak edən ölkələrin parlament üzvləri və MDB PA Şurası katibliyinin əməkdaşları daxil olacaq.
 
Xatırladaq ki, Konstitusiyaya dəyişikliklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.
 





10.09.2016    çap et  çap et