525.Az

Oqtay Əsədov Avropa Şurası ölkələri parlament sədrlərinin görüşündə iştirak edəcək


 

Oqtay Əsədov Avropa Şurası ölkələri parlament sədrlərinin görüşündə iştirak edəcək<b style="color:red"></b>

Sentyabrın 14-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasına üzv ölkələrin parlament sədrlərinin  görüşündə iştirak etmək üçün Fransaya səfər edəcək.

APA-nın Milli Məclisin saytına istinadən verdiyi xəbərə görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputat, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova və digər rəsmi şəxslər daxildir.
 
AŞPA-nın mənzil-qərargahında keçiriləcək görüşdə Avropada miqrasiya və məcburi köçkün böhranı; milli parlamentlər və Avropa Şurası: demokratiya, insan hüquqları və qanunun aliliyinin təşviq edilməsi; inklüziv və qeyri-irqçi cəmiyyətlərdə nifrətə qarşı parlamentarların səfərbərliyi mövzularında müzakirələr aparılacaq.
 
Səfər çərçivəsində Milli Məclis sədrinin AŞPA-nın rəhbərliyi və tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
 
Səfər sentyabrın 16-da başa çatacaq.

 





10.09.2016    çap et  çap et