525.Az

Türkiyə şirkəti Azərbaycan bankını məhkəməyə verib


 

Türkiyə şirkəti Azərbaycan bankını məhkəməyə verib<b style="color:red"></b>

Türkiyə Respublikasının hüquqi şəxsi “Provel Tükətim Ürünləri Sanayi və Ticarət” Anonim Şirkəti “Azərbaycan Beynəlxalq Bankı” ASC-ni məhkəməyə verib.

"Report"un məlumatına görə, Türkiyə şirkəti bank qarantiyası üzrə ödənişin verilməsinə məcbur edilmə barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı qismən təmin edib.

Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti verib. İşə BakıApellyasiya Məhkəməsində baxılacaq.

 





10.09.2016    çap et  çap et