525.Az

Qusarda binaların təmirinə 3 milyon manat ayrıldı


 

Qusarda binaların təmirinə 3 milyon manat ayrıldı<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Qusar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 
APA-nın məlumatına görə, Qusar şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan Qusar Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
 





10.09.2016    çap et  çap et