525.Az

Mətbuat Şurası Milli Şuranın mitinqi ilə bağlı məlumat yaydı


 

Mətbuat Şurası Milli Şuranın mitinqi ilə bağlı məlumat yaydı<b style="color:red"></b> Mətbuat Şurası Milli Şuranın mitinqi ilə bağlı məlumat yayıb.
 
Mətbuat Şurasından APA-ya verilən məlumata görə, Azərbaycan Mətbuat Şurası Milli Şuranın sentyabrın 11-də metronun "İnşaatçılar" stansiyasının yaxınlığındakı "Məhsul" stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.
 
Aksiyanı işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb. Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupunun üzvlərinə bununla bağlı hər hansı müraciət edilməyib.
 
Şuranın monitorinq qrupunun üzvləri mitinqi işıqlandıran jurnalistlərin çox az qisminin üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb. Onlar bununla bağlı müvafiq tövsiyələrini veriblər.
 





12.09.2016    çap et  çap et