525.Az
Məhkum öldü
Azərbaycanda məhkum ölümü baş verib.
APA-nın məlumatına görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Novruz Novruzov qəfildən dünyasını dəyişib.
Jurnalist Əvəz Zeynalı APA-ya bildirib ki, N. Novruzovla bir yerdə həbsdə olub: “Çox sağlam adam idi. Onun qəfil ölümü mənə çox pis təsir etdi”.
Qeyd edək ki, N. Novruzov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək 11 il müddətinə azadlıqdan məhrum edilibmiş.
12.09.2016
çap et