525.Az

Tələbələrin yataqxana ilə təminatı başa çatdı


 

Tələbələrin yataqxana ilə təminatı başa çatdı<b style="color:red"></b> 2016/2017-ci tədris ilində 3-cü və 4-cü kurs tələbələrinin SABAH yataqxanasına yerləşdirilməsi üçün müəyyən olunmuş meyarlara əsasən, qeydiyyatdan keçmiş və sənədlərini təqdim etmiş 109 oğlan tələbə yataqxana ilə təmin olunub.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, müəyyən olunmuş meyarlara əsasən sənədlərini təqdim etmiş qız tələbələrin sayının və müraciətlərin çoxluğunu nəzərə alaraq vakant yerlərə həmin tələbələrin yerləşdirilməsi haqqında qərar verilib.
 
Yekun olaraq, meyarlar və təqdim edilmiş sənədlər əsasında 2016/2017-ci tədris ilində 3-cü və 4-cü kursda təhsil alan 62 qız tələbə SABAH yataqxanası ilə təmin olunub.

2016/2017-ci tədris ili üçün tələbələrin yataqxana ilə təmin olunması başa çatdırılıb.
 





12.09.2016    çap et  çap et