525.Az

Dünyanın ən hündür körpüsünün tikintisi başa çatdı


 

Dünyanın ən hündür körpüsünün tikintisi başa çatdı<b style="color:red"></b>

Çinin Quyçjou vilayətində dünyanın ən hündür körpüsünün əsas aşırımının tikintisi başa çatıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, 1,34 kilometr uzunluğunda asma körpü Beypantsyan vadisi üzərindən keçir.

Onun vadinin dərinliyi üzərindəki hərəkət hissəsinin hündürlüyü 570 metrdir.

Bu göstəriciyə görə körpünün dünyada analoqu yoxdur. Körpünün tikintisinə 2013-cü ildə başlanıb, inşasına təqribən 150 milyon dollar xərclənib.

 





12.09.2016    çap et  çap et