525.Az

"Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 40 dollardan götürülməlidir"


 

"Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 40 dollardan götürülməlidir"<b style="color:red"></b> Növbəti ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan hesablamaq lazımdır.
 
Bunu "APA-Economics"ə energetika naziri Natiq Əliyev bildirib.
 
Nazirin sözlərinə görə, bu rəqəm indiki şəraitdə ən optimal və daha realdır.

"Neft hasilatçısı olan bir sıra ölkələr, o cümlədən, bizim qonşularımız da gələn ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan götürüb.

Hesab edirəm ki, indiki şəraitdə bu rəqəm ən optimaldır. Bu, mənim şəxsi fikrimdir", - deyə nazir qeyd edib.
 





14.09.2016    çap et  çap et