525.Az

Bakıdan Ukrayna və Gürcüstana yeni avtobus reysləri açılacaq


 

Bakıdan Ukrayna və Gürcüstana yeni avtobus reysləri açılacaq<b style="color:red"></b>

Yaxın vaxtlarda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən daha üç istiqamətdə beynəlxalq avtobus reysləri yerinə yetiriləcək.

"Report" xəbər verir ki, bu barədə Dövlət Avtomobil Xidmətinin mətbuat katibi Şəfa Mehmanqızı məlumat verib.

"Bakıdan Kiyev (Ukrayna), Bakuriani və Borjomi (Gürcüstan) şəhərlərinə avtobus səfərləri həyata keçiriləcək.

Hazırda qeyd edilən istiqamətlərə birbaşa səfərlərin təşkil edilməsi məqsədilə danışıqlar aparılır.

Tezliklə daha ətraflı məlumat yayımlayacağıq", - deyə Ş.Mehmanqızı bildirib.

 

 





14.09.2016    çap et  çap et