525.Az

"Metanol zavodu ilin sonunadək SOCAR-ın tabeliyinə verilə bilər"


 

"Metanol zavodu ilin sonunadək SOCAR-ın tabeliyinə verilə bilər"<b style="color:red"></b> "Bu ilin sonuna qədər Azərbaycan Metanol Zavodu ("AzMeCo") SOCAR-ın tabeliyinə verilə bilər".

"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.
 
Onun sözlərinə görə, hazırda SOCAR məhkəmənin müvafiq qərarını gözləyir:

"Bu qərara əsasən adıçəkilən zavod "Aqrarkredit" bank olmayan kredit təşkilatına keçməlidir. Bundan sonra zavod hərrac yolu ilə SOCAR-a satılacaq".
 





15.09.2016    çap et  çap et