525.Az

"SOCAR Yunanıstanın təklifini gözləyir"


 

"SOCAR Yunanıstanın təklifini gözləyir"<b style="color:red"></b> SOCAR DESFA-nın özəlləşdirilməsi ilə bağlı Yunanıstan hökumətinin təklifini gözləyir.
 
"APA-Economics" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
 
"Sentyabrın 30-dək Yunanıstan hökumətinin təklifini gözləyirik. Əgər tender proseduruna edilən dəyişikliklər qanuna zidd olarsa, bu, DESFA-nın özəlləşdirilməsini mənasız edəcək. Biz Yunanıstan hökumətindən açıqlama istəmişik, lakin açıqlama hələlik gəlməyib", - deyə o bildirib.
 
DESFA Yunanıstanın milli qazpaylayıcı sisteminin operatorudur. Bu şirkət Yunanıstanın hökuməti tərəfindən 2005-ci ildə DEPA dövlət korporasiyasının törəmə şirkəti kimi təsis edilib. DEPA qazı topdan alaraq, onu istehlakçılara paylaşdırır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib. 2013-cü
ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Hellenic Petroleum SA” şirkəti arasında Səhmlərin Alqı-Satqı Müqaviləsi" və "Səhmdarlar haqqında Müqavilə" imzalanıb.
 
SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA" şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

DESFA-nın özəlləşdirilməsi prosesinin yubanmasının əsas səbəbi Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu tərəfindən SOCAR-a qazpaylayıcı operatorun nəzarət paketinin ötürülməsi üzrə apardığı araşdırmalardır.

Antiinhisar prinsiplərinə əsaslanan Yunanıstan dövləti SOCAR–ın səhm payının 17%-ni üçüncü tərəfə satmağını təklif edir.
 





15.09.2016    çap et  çap et