525.Az

İpəkçiliyin inkişafına dövlət dəstəyi haqqında sərəncam


 

İpəkçiliyin inkişafına dövlət dəstəyi haqqında sərəncam<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb.
 
APA-nın məlumatına görə, barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə subsidiya müəyyən edilib.
 
Nazirlər Kabinetinə barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə növündən asılı olaraq veriləcək subsidiyanın məbləğini və verilmə qaydasını Azərbaycan prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etmək tapşırılıb.
 





15.09.2016    çap et  çap et