525.Az

MDB XİN Şurasının iclası başladı


 

MDB XİN Şurasının iclası başladı<b style="color:red"></b> Bişkekdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası işinə başlayıb.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, nazirlərin əvvəlcə öz aralarında görüşü nəzərdə tutulub, daha sonra isə geniş tərkibdə gündəlikdəki məsələlərin müzakirəsinə başlanılacaq. 
 
Məlumata görə, MDB XİN Şurasının iclasının gündəliyində 16 məsələ yer alıb. XİN rəhbərləri MDB ölkələri arasında hərtərəfli əməkdaşlığın daha da genişləndirilməsinə yönəlmiş praktiki tədbirləri müzakirə edəcəklər, aktual beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparacaqlar.
 
Nazirlər MDB-nin 25 illiyi, beynəlxalq terrorla mübarizə, narkotik vasitələr problemi və s. məsələlərlə əlaqədar dövlət başçılarının birgə bəyanatlarının layihələrini nəzərdən keçirəcəklər.
 





16.09.2016    çap et  çap et