525.Az

Təklifin artma ehtimalı nefti ucuzlaşdırır


 

Təklifin artma ehtimalı nefti ucuzlaşdırır<b style="color:red"></b> Dünya bazarında neft ucuzlaşıb.
 
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,30 dollar azalaraq 43,61 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,32 dollar azalaraq 46,27 dollar olub.
 
Neftin ucuzlaşmasına səbəb ABŞ, Liviya və Nigeriyadan nəql olunan neftin həcminin artması ehtimalıdır. Bu həftə Liviya və Nigeriya dünya bazarına nəql etdiyi neftin həcmini artıracağını bildirib. Qeyd edilən Afrika ölkələrində aparılan hərbi əməliyyatlar nəql olunan neftin həcminə mənfi təsir edib.
 
Yeri gəlmişkən, bu gün "Baker Hughes" şirkəti tərəfindən ABŞ-da quraşdırılan neft buruqlarının sayı ilə bağlı statistika dərc olunacaq. Qeyd edək ki, bu göstərici ötən 2 ay ərzində artım nümayiş etdirir.
 
Bununla yanaşı, bazar iştirakçıları ABŞ, Kanada və Qazaxıstanda hasilatın səviyyəsi ilə bağlı məlumatları diqqətlə izləyir.
 





16.09.2016    çap et  çap et