525.Az

"Əsas diqqət bank sektorunun yenidən təşkilinə yönəldilməlidir"


 

"Əsas diqqət bank sektorunun yenidən təşkilinə yönəldilməlidir"<b style="color:red"></b>

"Azərbaycanda özəl qeyri-neft sektorunun inkişafına yönələn yeni iqtisadi modelə keçid geniş mənada struktur islahatlar gündəliyinin həyata keçirilməsini tələb edəcək".
 
"APA-Economics" xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib.

Onun sözlərinə görə, struktur islahatlar şirkətlər arasında rəqabətin artması, yeni biznes imkanlarının yaxşılaşdırılması, o cümlədən, insan kapitalına və təhsilə investisiyaların ayrılmasını əhatə edə bilər.
 
"Buna baxmayaraq, hal-hazırda Azərbaycanda əsas diqqət bank sektorunun sürətli və təşkilatı baxımdan inkişaf etdirilməsinə yönəldilməlidir. Çünki bununla real iqtisadiyyata kredit axını səmərəli şəkildə həyata keçir", - deyə M. Qorçi qeyd edib.
 
M. Qorçi onu da əlavə edib ki, BVF Azərbaycan hökumətinə ilkin olaraq islahat prosesinin əsas tərkib hissələri olan makroiqtisadi institutların, çərçivələrin və siyasətin yaradılması üçün yardım edə bilər.

 





16.09.2016    çap et  çap et