525.Az

Bakıda yeniyetmələrdən ibrətamiz aksiya


 

Bakıda yeniyetmələrdən ibrətamiz aksiya<b style="color:red"></b> Bakıda bir neçə yeniyetmə test bankı jurnallarını və abituriyent üçün dərs vəsaitlərini toplayaraq bölgələrdə yaşayan imkansız məktəblilərə pulsuz çatdırmaq üçün qrup yaradıblar.

Qurumun təsisçilərindən  olan Ramal Məmmədli Lent.az-a a açıqlamasında bildirib ki, bu qrup dünən yaranıb: “Məqsədimiz Bakıda yaşayan gənclərdə olan və onlara hazırda lazım olmayan test bankı jurnallarını və dərs vəsaitlərini toplayaraq rayonlarda yaşan imkansız məktəblilərə çatdırmaqdır”.

R. Məmmədlinin sözlərinə görə, bu məsələdə heç bir yerdən maliyyə dəstəyimiz yoxdur. “Bakıdakı gənclər bizə həmin vəsaitləri pulsuz olaraq təqdim edirlər”-deyə, R. Məmmədli əlavə edib.
 
Qrupun digər təsisçisi Nicat Nurəddinov vurğulayıb ki, artıq 100-dən artıq kitab toplanılıb. “Həmin kitabları aprelin 1-dən etibarən Ucar, Göyçay və Zərdab rayonlarındakı abituriyentlərə çatdıracağıq. Məqsəd regiondakı abituriyentlərə kömək etməkdir” - deyə, N. Nurəddinov əlavə edib.
 
N. Nurəddinov onu da bildirib ki, bu cür aksiyanı digər rayonlarda da keçirmək niyyətindədirlər.
 
Onlara dəstək üçün bu nömrələrlə əlaqə saxlaya bilərsiz: 055 5482545, 0554895101,0554260326
 





12.03.2013    çap et  çap et