525.Az

Prezident Qırğızıstandadır


 

Prezident Qırğızıstandadır<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün sentyabrın 16-da Qırğızıstana səfər edib.
 
APA-nın məlumatına görə, Bişkekin “Manas” Beynəlxalq Aeroportunda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Dövlət başçısını Qırğızıstanın baş naziri Sooronbay Jeenbekov və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
 





16.09.2016    çap et  çap et