525.Az

88 təhsil müəssisəsində nöqsan və çatışmazlıqlar aşkarlanıb


 

88 təhsil müəssisəsində nöqsan və çatışmazlıqlar aşkarlanıb<b style="color:red"></b>

Ötən il Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Hesablama Palatası tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi üzərində nəzarəti təmin etmək məqsədilə 138 təhsil müəssisəsində araşdırma aparılıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, nazirliyin tabeliyində olan 69 təhsil müəssisəsində, o cümlədən 7 ali təhsil müəssisəsində, 9 kollecdə, 8 ilk peşə-ixtisas təhsili müəssisəsində, 13 internatda, 17 məktəbdənkənar təhsil müəssisəsində, 7 təhsil şöbəsində, 3 uşaq evində, 5 lisey və gimnaziyada aparılan büdcə və büdcədənkənar vəsaitlər üzrə xərclər smetalarının təftişinin nəticələri araşdırılıb.
 
Ümumilikdə təftiş aparılmış 88 təhsil müəssisəsində - 44 müəssisədə, 5 ali təhsil müəssisəsində, 7 kollecdə, 8 ilk peşə-ixtisas təhsili müəssisəsində, 7 internatda, 6 məktəbdənkənar təhsil müəssisəsində, 5 təhsil şöbəsində, 3 uşaq evində, 3 lisey və gimnaziyada aşkar olunmuş nöqsan və çatışmazlıqların tam aradan qaldırılması və gələcəkdə onların təkrarına yol verilməməsi məqsədilə müvafiq əmrlər hazırlanıb. Təftiş və yoxlamalar nəticəsində aşkar olunmuş nöqsan və pozuntularla bağlı məsuliyyətli olan bütün şəxslər öz vəzifə borclarına qeyri-ciddi yanaşdıqları üçün Əmək Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq cəzalandırılıblar. Respublika direktiv orqanlarından və müxtəlif təşkilatlardan, eləcə də tabelikdə olan tədris müəssisə, idarə və təşkilatlarından əlavə dövlət büdcə vəsaitinə olan tələbat, əlavə ştat vahidlərinin ayrılması və digər iqtisadi məsələlərlə bağlı şöbəyə daxil olmuş çoxsaylı məktub və ərizələrlə bağlı təkliflər hazırlanıb. Respublika Təhsil Nazirliyi sisteminin tədris müəssisələri, idarələri və təşkilatlarına maliyyələşmə və digər iqtisadi məsələlər üzrə metodik köməklik göstərilib.

 





12.03.2013    çap et  çap et