525.Az

SOCAR və “Petronas” arasında Anlaşma Memorandumu


 

SOCAR və “Petronas” arasında Anlaşma Memorandumu <b style="color:red"></b>

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Malaziyanın “Petronas (E&P) Overseas Ventures SDN. BHD” (“Petronas”) şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qoşadaş” perspektiv strukturunun daxil olduğu blokun kəşfiyyatı, işlənilməsi və karbohidrogenlərin hasilatına dair Anlaşma Memorandumu imzalanıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, memorandumun şərtlərinə əsasən, şirkətlər 6 ay ərzində layihə üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“PSA”) əsas kommersiya prinsiplərini və şərtlərini razılaşdırmalıdırlar.

 





16.09.2016    çap et  çap et