525.Az

Oqtay Əsədov türkiyəli və çexiyalı həmkarları ilə görüşdü


 

Oqtay Əsədov türkiyəli və çexiyalı həmkarları ilə görüşdü<b style="color:red"></b> Sentyabrın 16-da Strasburqda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin toplantısında iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman və Çexiya parlamentinin sədri Yan Hamaçek ilə görüşləri olub.
 

Milli Məclisdən APA-ya verilən məlumata görə, görüşlərdə ölkələr arasında münasibətlərin, xüsusilə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə müzakirələr aparılıb.
 
Tərəflər konfransda müzakirə olunan məsələlər haqqında fikirlərini bölüşüblər.
 





17.09.2016    çap et  çap et