525.Az

Milli Şuranın mitinqində dövlətə itaətsizlik çağırışı


 

Milli Şuranın mitinqində dövlətə itaətsizlik çağırışı<b style="color:red"></b>

Mitinqdə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli hazırda məhkəməsi davam edən Taleh Bağırzadənin müraciətini səsləndirib.
 
Lent.az-ın xəbərinə görə, T. Bağızadənin çıxışında açıq şəkildə inanclı şəxslər dövlətə qarşı itaətsizliyə səslənib.

Mitinqdə tez-tez "Allahu-Əkbər" şüarları eşidilir.
 
Qeyd edək ki, Taleh Bağırzadə ötən ilin noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatı zamanı tutulub.
 
Həmin vaxt T. Bağırzadənin və tərəfdarlarının açdığı atəş nəticəsində iki polis əməkdaşı həlak olub, polisə müqavimət göstərən 5 nəfər öldürülüb.

 





17.09.2016    çap et  çap et