525.Az

Tovuzda hamilə qadın dünyasını dəyişdi


 

Tovuzda hamilə qadın dünyasını dəyişdi<b style="color:red"></b> Tovuzda ölüm fakt qeydə alınıb.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün rayonun Əyyublu kənd sakini 1992-ci il təvəllüdlü Aytən İsmayılova Tovuz rayon Mərkəzi rayon xəstəxanasına aparılıb.
 
Müayinə zamanı onun öldüyü məlum olub. Yaxınları A. İsmayılovanın telefonla danışdığı yerdə dünyasını dəyişdiyini bildiriblər. Məlumata görə Aytən İsmayılova iki övlad anası, 3-cü övlada isə 6 aylıq hamilə olub.
 
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.
 





18.09.2016    çap et  çap et