525.Az

Məmmədyarov Nyu-Yorkdadır


 

Məmmədyarov Nyu-Yorkdadır<b style="color:red"></b>

BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələrində iştirak etmək üçün xarici işlər naziri Elmar Məmmədyarov Nyu-York şəhərinə işgüzar səfərə gedib.

Xarici İşlər Nazirliyindən 525.az-a verilən məlumata görə, səfər əsnasında E.Məmmədyarovun BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxışı, sessiya çərçivəsində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirmə görüşü, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə dövlətlərinin 8-ci Nazirlər toplantısı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası, Türk Şurası Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası, BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər görüşü və digər toplantılarda iştirakı və çoxsaylı ikitərəfli görüşləri nəzərdə tutulub.

 





19.09.2016    çap et  çap et