525.Az

BMT-nin xüsusi məruzəçisi Mətbuat Şurasında


 

BMT-nin xüsusi məruzəçisi Mətbuat Şurasında <b style="color:red"></b> BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisi Mişel Forst Mətbuat Şurasında (MŞ) olub.
 
Şuradan APA-ya verilən xəbərə görə, MŞ sədri, millət vəkili Əflatun Amaşov qonağı rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumatlandırıb.

M. Forst Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı məlumatların əsasən qeyri-hökumət təşkilatlarından, bloqgerlərin fikirlərindən və digər müxtəlif mənbələrdən əldə edildiyini vurğulayıb. 
 
Görüşdə M. Forstun Azərbaycanda media sahəsindəki qanunvericilik, jurnalist hüquqlarının qorunması, onların informasiya əldə edilməsi prosesi ilə bağlı sualları cavablandırılıb.
 





19.09.2016    çap et  çap et