525.Az

SOCAR-da akademik Vaqif Abbasov ilə görüş


 

SOCAR-da akademik Vaqif Abbasov ilə görüş<b style="color:red"></b>

SOCAR-ın İnsan Resursları Departamentinin rəhbər işçiləri və Xarici Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil almış gənc mütəxəssislər ilə akademik, Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasovla görüş-seminar keçirilib.

SOCAR-ın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, seminarda akademik V.Abbasov “İnsan resurslarının idarə edilməsində liderlik faktorunun rolu” mövzusunda geniş təqdimatla çıxış edib, liderliyin tarixi, fəlsəfəsi barədə məlumat verib. Heydər Əliyevin fenomenal şəxsiyyəti və liderlik fəlsəfəsi, digər liderlərin şəxsiyyəti barədə söhbət açılıb. Həmçinin liderliyin 21 prinsipinin insan resursları sahəsində necə tətbiq oluna biləcəyi izah olunub. Bildirilib ki, insan resurslarının idarə edilməsi sahəsində mühüm meyarları liderlik keyfiyyətlərinə əsaslanır.

Tədbirin sonunda akademik iştirakçıların suallarını cavablandırıb və SOCAR-ın İnsan Resursları Departamentinin əməkdaşlarına uğurlar arzulayıb.

 





19.09.2016    çap et  çap et