525.Az

Bakıda ana və oğlunun meyiti tapılıb


 

Bakıda ana və oğlunun meyiti tapılıb<b style="color:red"></b>

 Bakıda ana və oğlunun meyiti tapılıb.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Pirallahı qəsəbəsi ev 15, mənzil 60-da qeydə alınıb. Həmin ünvanda yaşayan 1938-ci il təvəllüdlü Lidiya Abuşova və oğlu, 1968-ci il təvəllüdlü Yurinin meyiti tapılıb.
 
Ölümün səbəbləri hələlik məlum deyil.
 
İlkin məlumata görə, hər iki şəxs uzun müddətdir vərəm xəstəliyindən əziyyət çəkirmiş.
 
Meyitlər ekspertizaya göndərilib.
 
Faktla bağlı araşdırma aparılır.

 





13.03.2013    çap et  çap et