525.Az

Avropa İttifaqı Azərbaycana 13,5 milyon avro ayıracaq


 

Avropa İttifaqı Azərbaycana 13,5 milyon avro ayıracaq<b style="color:red"></b>

Avropa İttifaqı kiçik və orta sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin və ixrac imkanlarının genişləndirilməsi, biznes-mühitin yaxşılaşdırılmasına 13,5 milyon avro ayıracaq.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının xəbərində deyilir.

Məlumatda deyilir ki, proqram qeyri-neft ÜDM-in artımını möhkəmləndirməyə imkan verəcək, yeni iş yerlərinin yaradılmasına kömək edir, mübahisələrin həllində alternativ üsullar təqdim edəcək ki, bu da biznes mühitini yaxşılaşdırmağa yardım edəcək.

Bundan başqa, Aİ-nin proqramı bilavasitə vətəndaşlara, o cümlədən, əhalinin zəif qruplarına fayda verəcək, həmçinin dövlət xərclərinin səmərəliliyini artırmağa kömək edəcək.

 





19.09.2016    çap et  çap et