525.Az

Çovdarovun cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox zərərçəkən var


 

Çovdarovun cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox zərərçəkən var <b style="color:red"></b> Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkmənin hazırlıq iclası oktyabrın 4-nə təxirə salınıb.
 
APA-nın məlumatına görə, bu barədə təqsirləndirilən Akif Əliyevin vəkili Cavid Rzazadə bildirib.
 
O qeyd edib ki, proses barədə A. Çovdarovun vəkilinə və digər vəkillərə məlumat verilmədiyinə görə onlar bu gün keçirilən iclasa qatılmayıblar. Akif Çovdarov isə prosesdə deyib ki, ciayət işinin materialları ilə tam tanış ola bilməyib.
 
Bu səbəbdən hazırlıq iclası oktyabrın 4-nə təxirə salınıb.
 
Vəkil onu da bildirib ki, iş üzrə 320-dən çox şahid, 60-dan çox zərərçəkən var.
 





20.09.2016    çap et  çap et