525.Az

"Snam" DESFA-da 30%-lik pay almaq niyyətindədir


 

"Snam" DESFA-da 30%-lik pay almaq niyyətindədir<b style="color:red"></b>

Yunanıstanın ətraf mühit və energetika naziri Panos Skurletis bu ölkənin milli qazpaylayıcı sisteminin operatoru olan DESFA-da pay almaq niyyətində olan İtaliyanın "Snam" şirkətinin nümayəndələri ilə görüşüb.

"APA-Economics" xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı yazır.
 
Bildirilir ki, P. Skurletis italyan şirkəti ilə danışıqları intensivləşdirərək DESFA-nın özəlləşdirilməsini sürətləndirmək niyyətindədir.
 
"Nazir "Snam" rəsmilərinə onun təşəbbüsü ilə qanunvericiliyə edilən dəyişikliklərin mahiyyətini anlatmaq istəyir. Məhz bu dəyişikliklərdən sonra DESFA-nın aktivlərinin həcmi 200 mln. avroyadək azalıb. Bu isə Azərbaycan tərəfinin narazılığına səbəb olub", - "Reporter" agentliyi yazır.
 
Agentlik onu da qeyd edir ki, yaxın zamanda P. Skurletis SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşmək niyyətindədir. Nazirin SOCAR prezidentinə DESFA-nın özəlləşdirilməsi ilə bağlı yeni təkliflərini verəcəyi gözlənilir.
 
"Voria" agentliyi isə iddia edir ki, "Snam" DESFA-da SOCAR-a məxsus 17% deyil, 30%-lik səhm paketini almaq niyyətindədir: "İtalyanlar SOCAR-la bunun detallarını müzakirə etməyə hazırdır".

 





20.09.2016    çap et  çap et