525.Az

Əbülfəs Qarayev Hindistan səfirini qəbul etdi


 

Əbülfəs Qarayev Hindistan səfirini qəbul etdi<b style="color:red"></b>

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Hindistan səfiri Sanjay Rananı qəbul edib.

Nazirlikdən 525.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Hindistan arasında mövcud əməkdaşlığın vəziyyəti və əməkdaşlığın perspektivləri müzakirə edilib.

S.Rana qeyd edib ki, ölkəsi Azərbaycan ilə mədəniyyət, incəsənət, kino və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsində, bu məqsədlə iki ölkə arasında birbaşa reyslərin açılmasında maraqlıdır.

Ə.Qarayev Azərbaycanda Hindistan mədəniyyətinə ənənəvi xoş münasibətin olduğunu qeyd edərək bildirib ki, hər iki ölkənin xalqlarını tarixi əlaqələr bir-birinə bağlayır.

Sonda nazir səfiri 2017-ci ilin aprel ayında Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Cavid QƏDİR

 





20.09.2016    çap et  çap et