525.Az

Nazir Almaniya səfiri ilə bir arada


 

Nazir Almaniya səfiri ilə bir arada<b style="color:red"></b>

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Almaniya səfiri Mixael Kindsqrabı qəbul edib.

Nazirlikdən 525.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Almaniya arasında münasibətlərin perspektivləri, mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafı üçün əməkdaşlıq məsələləri müzakirə olunub.

Ə.Qarayev Azərbaycan prezidenti İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncamı və alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinin YUNESKO-nun yubileylər proqramı daxil edilməsinin iki ölkə arasında münasibətlərin inkişafı və xalqlar arasında əlaqələrin dərinləşməsində rolunu qeyd edib.

Səfir bu addımın Almaniya və Azərbaycan arasında münasibətlərin dərinləşməsinə töhfə verəcəyindən əmin olduğunu bildirib.

Görüşdə həmçinin, müxtəlif layihələr, turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonda nazir M.Kindsqrabı 2017-ci ilin aprel ayında Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Cavid QƏDİR

 





20.09.2016    çap et  çap et