525.Az

Müsavatdan şəhidlərimizə sayğısızlıq


 

Müsavatdan şəhidlərimizə sayğısızlıq<b style="color:red"></b> Müsavat partiyası Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə “Məhsul” stadionunda mitinq keçirib.
Milli Şura tərəfdarları, eləcə də digər müxalifət partiyalarının təmsilçiləri mitinqdə iştirak etməyiblər. Mitinqin başlamasından yarım saat keçməmiş insanlar kütləvi şəkildə “Məhsul” stadionunu tərk etməyə başlayıblar. Çıxışlar mitinqin mövzusundan kənar məsələlər ətrafında qurulub.
 
Müsavat Partiyasının Divan üzvü Osman Kazımov çıxışında aprel şəhidlərinə sayğısızlıq nümayiş etdirib. O, Azərbaycan ordusunun aprel əməliyyatlarında qazandığı böyük uğuru "kiçik bir hadisə" kimi təqdim edib. Müsavat üzvünün ordumuzun illər sonra qazandığı aprel qələbəsini "kiçik, şişirdilmiş hadisə" kimi qələmə verməsi vətən uğrunda şəhid olan əsgərlərimizin, zabitlərimizin ruhuna böyük hörmətsizlikdir, sayğısızlıqdır.
 
Mitinq qətnamə oxunduqdan sonra başa çatıb. Rəsmi məlumata görə, aksiyada 500 nəfər iştirak edib.
 
Mitinqin sönük keçdiyini nəzərə alan Müsavat sədri Arif Hacılı növbəti mitinqin təxirə salındığını bildirib

Sia.az
 





19.09.2016    çap et  çap et