525.Az

“Milli Şura” və Müsavatın mitinq oyunbazlıqları


 

“Milli Şura” və Müsavatın mitinq oyunbazlıqları<b style="color:red"></b>

Ötən həftənin şənbə və bazar günləri iki radikal müxaifət təşkilatının – AXCP-nin egidası altında fəaliyyət göstərən “Milli Şura”nın və Müsavat partiyasının ayrı-ayrılıqda keçirdikləri mitinqləri elə ilk baxışdanca ictimai rəyin düşüncəsində növbəti siyasi oyunbazlıq assosiasiyaları doğurdu.

Əslində, bu gözlənilən idi ki, düşərgədə bir-birinə qarşı amansız düşmən münasibətində olan hər iki siyasi qurum növbəti dəfə uçurum astanasında olduğunu öz fəaliyyətləri ilə sübuta yetirmiş oldu. İstər AXCP sədri Əli Kərimlinin və onun siyasi kuklası rolunu ifa edən Cəmil Həsənlinin, istərsə də Müsavat partiyasının eks-başqanı İsa Qəmbərin və onun saxtakarlıq yolu ilə başqanlığa gətirdiyi sələfi Arif Hacılının anti-dövlətçilik çağırışları normal düşüncəli ictimaiyyət tərəfindən qətiyyən qəbul olunmadı. Bu, faktdlr və rəqəmlərə söykənir. Təkcə “Milli Şura”nın və Müsavatın bir gün ara ilə keçirdikləri mitinqlərindəki insane sayına nəzər salsaq, nəyin nə yerdə olduğu kifayət qədər müəyyənləşmiş olar. Beləliklə, mitinqlər bir daha onların ötən əsrin 90-cı illərində olduğu kimi çirkin niyyətli və qaragüruhçu olduğunu isbatladı.

Müsavat və “Milli Şura”nın fotoşoplu “kütləsi”

Başqa tərəfdən, diqqət etsək görərik ki, bəzi adamlar həm "Milli Şura"nın, həm Müsavatın ayrı-ayrılıqda, bir gün fərqi ilə keçirdikləri mitinqində iştirak ediblər. Eyni adamların iki fərqli siyasi düşmən olan qurumun mitinqdə iştirak etməsi göstərir ki, onların böyük əksəriyyəti muzdlu insanlardır və bu barədə çoxsaylı faktlar var. Daha dəqiq desək, "Milli Şura" ilə Müsavat arasındakı mitinq yarışının əslində səbəbi ayrılan vəsaitlərin bölüşdürülməsi və ayrı-ayrı qüvvələr tərəfindən həmin qruplara ötürülən vəsaitlərin silinməsidir. Belə ki, mitinqlərin təşkilinə nə qədər vəsaitin ayrılması ilə bağlı artıq mətbuatda da kifayət qədər məlumatlar gedib ki, onların hər biri dəqiq sübutlara söykənir. Yəni qaragüruhçular həmin vəsaitlərin köməyi ilə insanları mitinqə cəlb etməyə çalışıblar. Eyni zamanda, sosial şəbəkələrdə yayılan şəkillərdə fotoşop effekti ilə insanların sayının artırılmasına cəhd göstərirlər ki, pul aldıqları Qərb dairələrinin qarşısında öhdəliklərinə əməl etdiklərini nümayiş etdirsinlər.

Daha bir nüans isə özlərini “ana müxalifətin liderləri” kimi cəmiyyətə zorla sırımağa səy göstərən AXCP-“Milli Şura” və Müsavat yetkililərinin xalqı itaətsizliyə çağırmaları fonundakı çıxışları oldu. Beləliklə, rüsvayçı və fiaskoya uğramış mitinqlərin ayrı-ayrılıqda mənzərələrinə bird aha nəzər salaq.

“Milli Şura”nın “demokratları” bu dəfə radikal dindarlar cildində

Sentyabrın 17-də keçirilən “Milli Şura”nın mitinqi yağışlı günə təsadüf etdi və mövcud vəziyyətdən belə bir nəticə hasil olundu ki, hətta yüngül hava şıltaqlığı belə onların ciddi siyasi proseslərlə məşğul olmadıqlarını sübuta yetirmiş oldu. Vəziyyətin onların xeyrinə olmadığını görən Əli Kərimli-Cəmil Həsənli cütlüyü isə vəziyyətdən çıxmaqdan ötrü icazəli mitinqdə təxribat törətməyə cəhd göstərdilər. Bunun üçün isə onların pulla ələ alldıqları radikal dindarlardan ibarət muzdlular necə deyərlər, qulluqlarında dayanmışdılar. Çünki “Milli Şura”nın mitinqində radikal dindarlar itaətsizlik çağırışları səsləndiriliblər ki, bu şüarların əvvəlcədən hazırlanması da sirr deyildi.

Məsələn, “Milli Şura”nın mitinqində radikal islamçıların ideoloqlarından biri, İslam partiyasının funksioneri Rövşən Əhmədov hazırda Nardaran hadisələrinə görə həbs olunmuş Tale Bağırzadənin müraciətini oxuyub. Tale Bağırzadə faktiki olaraq əhalini müqavimətə, itaətsizliyə, qarşıdurmaya çağırıb.

Azərbaycanın dövlət bayrağınının təhqir edilməsinin ardınca Əli Kərimli-Cəmil Həsənli cütlüyü təxribatdan da istifadə etməyə çalışsa da buna nail ola bilmədilər!

O cümlədən, maraqlıdır ki, “Milli Şura”nın mitinqində terrorda günahlandırılan, 7 nəfərin ölümünə səbəbkar olan şəxsin çıxışı və radikal çağırışlarının səsləndirilməsi, orada “Allahu Əkbər” sədalarının eşidilməsi Əli Kərimli-Cəmil Həsənli cütlüyü üçün narahatlıq doğurmayıb. Daha dəqiq desək, “demokratiya”, “dünyəvilik” baxışlarına sahib olduqlarını iddia edən bu cılız “liderlər” indi də dini şüarlar vasitəsilə Qərb ağaları qarşısında özlərini doğrultmağa cəhd göstərdilər. Hətta bunun üçün Azərbaycanın dövlət bayraqlarına qarşı belə təhqiredici şəkildə davranaraq, onları yerə tökdülər!

Nəticədə bəlli olub ki, “Milli Şura” bununla din faktorundan geniş istifadə edərək, dini və dindarları siyasi mübarizə alətinə çevirdiyini açıq nümayiş etdirib. Ona görə də sonda Kərimli və Həsənli tərəfdarları və radikal dindarlar “Məhsul” stadionundan kənarda təxribatlara əl ataraq, asayişi pozmağa cəhd göstərdilər.

Daha bir nüans isə öz peşə borclarını yerinə yetirmələri yerinə müxalifət jurnalistlərinin də bu təxribatlar sırasında yer almaları oldu. Əlbəttə ki, belə bir məqamda yalnız bir nəticəyə gəlmək olar – “Milli Şura” əlində olan son vasitədən, təxribatdan istifadə etməyə çalışsa da buna nail ola bilmədi.

Arif Hacılı niyə müsavatçıları sol küncə toplaşmağa cəhd edirdi?

Müsavat partiyasının ayın 18-də keçirilən mitinqində də rüsvayçılığın həddi-hüdudu sərhəd tanımadı. Məsələn, mitinq başlamazdan az öncə, Müsavat başqanı Arif Hacılı mitinqin keçirildiyi stadiona nə qədər insanın toplaşdığını təşkilatçılardan soruşub. Aksiya təşkilatçıları gözlədiklərindən az adamın olduğunu bildiriblər. Mitinq başladıqdan sonra isə adam sayının az olması Arif Hacılının aksiya təşkilatçılarına ilginc tapşırıq verməyə məcbur edib. SİA-nın mitinqi müşahidə edən əməkdaşı məlumat verib ki, Müsavat başqanı adamları bir yerə - tribunanın sol küncünə toplaşmalarını tələb edib. O, bununla vəziyyətdən çıxış yolu kimi “kütlə” görüntüsü yaratmağa cəhd edib. Lakin bu vasitə də mitinqin çoxsaylı görünməsinə imkan verməyib.

İsa Qəmbərin qaniçənlik, vəhşilik, qeyri-insanilik və murdarlıq nümayiş etdirməsi haradan qaynaqlanır?

Aksiyadakı çıxışlar da mitinqin mövzusundan kənar məsələlər ətrafında quruldu ki, burada partiyanın sabiq baqşanı İsa Qəmbərin canfəşanlığı nəticədə onun iç üzünün çirkablıqlarını ifşa etdi. Belə ki, dövlətin yürütdüyü demokratik siyasətə qarşı böhtançılıq, şər və qarayaxma yolu ilə kölgə salmağa cəhd edən İsa Qəmbər danışığı əsnasında özünün hakimiyyətdə olduğu dövrləri unudub. Unudub ki, məhz AXC-Müsavat cütlüyünün iqtidarı zamanı İsa Qəmbər həm Ali Sovetin sədri, həm də dövlət başçısı vəzifəsini müvəqqəti icra edən şəxs kimi ölüm hökmünün icra eidlməsinə imza atıb. Bununla o ölüm hökmünün ləğvi istiqamətində başladılan prosesə göz yumaraq qaniçənlik, vəhşilik, qeyri-insanilik və murdarlıq nümayiş etdirmiş olub. Halbuki, həmin vaxtlar post-sovet məkanında ölüm hökmlərinin ləğv olunması prosesinə başladılmışdı və ölkələr ölüm hökmünə məruz qalmış şəxslərə qarşı humanistlik göstərərək, qanunun rəsmi qəbulunu gözləyirdilər. Hələ o dövrdə AMİP sədri "İsa Qəmbər sənin əlin bu xalqın qanına batıb" deyirdi. İsa Qəmbər isə bu prinsipləri ayaq altına ataraq, qeyri-insani və qeyri-demokratik addıma gedib, 10 nəfər insanın qətlinə öz murdar imzasını atıb.

Sözügedən mitinqə “demokratiya”, “insan haqları” və s. keyfiyyətlərdən dəm vuran İsa Qəmbərin məlum qərəzli fikirləri səsləndikdən sonra aksiyada iştirak edən bəzi insanlar onun simasızlığından təəccüblənərək, Müsavatın sabiq başqanına etiraz fiti səsləndirib “Məhsul” stadionunu tərk ediblər. Zamanında ayılan iştirakçılar da anlayıblar ki, Müsavatın keçirdiyi mitinq bilavasitə dövlətçiliyin və Azərbayca xalqının maraqlarına qarşı təşkil olunub.

Fərəc Kərimlinin Müsavat başqanı kimi təqdim olunması onu göstərir ki, İsa Qəmbər Arif Hacılını başqan kimi qəbul etmir

Daha bir ilginc məqam nəzərdən yayınmadı. Belə ki, İsa Qəmbər çıxışı əsnasında Fərəc Kərimlini Müsavat partiyasının başqanı kimi təqdim edib.

Daha sonra səhvini düzəldərək deyib ki, müavindir, lakin başqanı da ola bilər nə fərqi var. Göründüyü kimi, İsa Qəmbər artıq partiyadaxili problemlərini də öz bilmədən azsaylı aksiya iştirakçılarının diqqətinə çatdırıb.
Görünən isə budur ki, 2 il bundan öncə narkotik vasitələrin əldə olunması və saxlanılmasına görə, həbs edilmiş Fərəc Kərimlinin Müsavat başqanı kimi təqdim olunması onu göstərir ki, İsa Qəmbər Arif Hacılını başqan kimi qəbul etmir.

Müsavat rəhbərliyindən aprel şəhidlərinə qarşı həyasızlıq və sayğısızlıq!

Daha rüsvayçı və hiddətdoğurucu olay isə Müsavat partiyasının Divan üzvü Osman Kazımovun çıxışında aprel şəhidlərinə sayğısızlıq nümayiş etdirməsi oldu. Belə ki, o, Azərbaycan ordusunun aprel əməliyyatlarında qazandığı böyük uğuru kiçik bir hadisə` kimi təqdim edib.

Müsavat üzvünün ordumuzun illər sonra qazandığı aprel qələbəsini kiçik, şişirdilmiş hadisə kimi qələmə verməsi Vətən uğrunda şəhid olan əsgərlərimizin, zabitlərimizin ruhuna böyük hörmətsizlikdir, sayğısızlıq kimi qiymətləndirilir.

Yeri gəlmişkən, Müsavatın mitinqinin başlamasından hələ yarım saat keçməmiş insanlar kütləvi şəkildə “Məhsul” stadionunu tərk etməyə başlaımşdılar ki, bu faktın özü qaragüruhçu və antidövlətçi radikalların hansı vəziyyətdə olmalarını kifayət qədər sübuta yetirmiş oldu.

Rövşən NURƏDDİNOĞLU
Sia.az

 





20.09.2016    çap et  çap et