525.Az

Radikalların qarşılıqlı “etimadı”


 

Radikalların qarşılıqlı “etimadı” <b style="color:red"></b>

Beləliklə, həm AXCP sədri Əli Kərimlinin yedək qurumu hesab edilən “Milli Şura”nın, həm də İsa Qəmbərin qeyri-rəsmi başqanı olduğu və bunu saxta başqan Arif Hacılı vasitəsilə ört-basdır etdiyi Müsavatın ikisinin birinə, birinin isə heç birinə dəyməyən mitinq-şouları başa çatdı.

Düzdür, onlar yenə də şou keçirmək arzusunda olduqlarını bəyan etsələr də ötən həftədə yekunlaşdırdıqları “mitinqləri” növbəti dəfə ölkəmizin siyasi tarixinə qara ləkə kimi düşdü.  Rüsvayçılıqla, Azərbaycan atributlarına həqarətlə, təxribatçı şüarlarla, terorrçuluq hədələri ilə və s...

Paradoks...

Məsələ ondadır ki, sözügedən şoularda ilginc məqamlar nəzərə çarpmış oldu. Məsələn, radikal dindarları da müəyyən vasitələri sayəsində öz şousuna qatmağı bacaran şoumen Əli Kərilmi “Məhsula” gələnlərin şənlərinə bir-iki ağız tərif deyərkən, hətta müsavatçıların da orada iştirak etdiklərini bildirdi.

O cümlədən, digər siyasi şoumen Arif Hacılı öz çıxışı əsnasında müsavatçıları “Milli Şura”nın aksiyalarına qatılmağa səsləyib. Nəticədə belə bir paradoks yaranır: dünənə qədər bir-birlərinin ətlərini yeyib, sümüklərini xıncımlayan, “xəyanətkar”, “satqın”, “şeytan” adlandırıb təhqir edənlər indi necə oldu ki, birdən-birə bu qədər “mehribanlaşdılar”?

Bunları belə bir çıxış etməyə məcbur edən Qərb amildir

Məgər 2013-cü ilin prezident seçkilərinə az müddət qaldığı bir vaxtda “Milli Şura”nın sıralarından çıxmalarının səbəbini başda Əli Kərimli və Cəmil Həsənlinin ruslara satılması ilə əlaqələndirənlər də məhz müsavatçılar – İsa Qəmbər və Arif Hacılı deyildimi? Yaxud, Müsavat rəhbərliyi “Milli Şura”nın sıralarını tərk edərkən, onları “iqtidara satılanlar”-deyə adlandıran tərəflər Əli Kərilmi-Cəmil Həsənli cütlüyü deyildimi? Əcəba, nə baş verdi ki, bunlar indi bir-birlərinə qarşı bu qədər “etimad” göstərməyə başladılar?

Çox yəqin ki, bunları belə bir çıxış etməyə məcbur edən Qərb amildir. Həmin Qərb amili ki, ötən aydan başlayaraq ABŞ, Britaniya, Fransa və Avropa İttifaqının səfirliklərinə ayaq döyürdülər. Nəticədə AXCP-“Milli Şura” yetkililəri və müsavatçılar on minlərlə dollar maddi dəstəklər qarşılığında təlimatlarını alıb işə girişdilər. Axı sonda hesabat verməlidirlər. Gələcəkdə də (əgər gələcəyə salamat çıxarlarsa...)  qərbli ağalarından növbəti sifarişlərini almaqdan ötrü və s. 

“Hayl Hitler!” və “Da zdrastvuet proletariy!”

Yeri gəlmişkən, istədikləri vaxt buqələmunsayağı rəng, təvr, davranış dəyişən bu adamların, xüsusilə Əli Kərimli ilə Arif Hacılının keçirdikləri siyasi şouları daha bir məqamı ilə nəzərə çarpdı. Daha dəqiq desək, AXCP sədri Əli Kərimli neofaşizmliyi, Arif Hacılı isə neobolşevizmliyi ilə. Hətta bunu onların öz tərəfdarlarını salamlamaları ilə bağlı yayılmış fotolarından da görmək olar. Məsələn, Əli Kərilmi Adolf Hitlerin verdiyi faşist salamı ilə, Arif Hacılı isə Vladimir Leninin bolşevik salamı ilə diqqət cəlb etdi. Sanki Əli Kərimli “Hayl Hitler!”, Arif Hacılı isə “Da zdrastvuet proletariy!” bağıraraq özlərini sübuta yetirməyə cəhd göstəriblər.

Bunlardan zatən başqa nə isə gözləməyə də dəyməzdi. Çünki onlar hər zaman kimlərəsə bənzəməyə çalışıblar. Fəqət, belə bir məsəl də var ki, bənzəməyə çalışdıqları adamların ayaqqabılarını geyinsələr də, onlar kimi yeriyə bilməzlər. İndi Hitlerin bir yandan, Leninin də o biri yandan gorları çatlayar yəqin ki...

Rövşən NURƏDDİNOĞLU       
Sia.az

 





20.09.2016    çap et  çap et