525.Az

“Əli Kərimli müxalifətin birgə fəaliyyətində maraqlı deyil”


 

“Əli Kərimli müxalifətin birgə fəaliyyətində maraqlı deyil”<b style="color:red"></b> “Əli Kərimli yaranmış bu yeni və təhlükəli durumda nədənsə müxalifətin birgə fəaliyyətində maraqlı deyil”.
 
Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Alya Yaqublu partiyanın 18 sentyabr mitinqində Milli Şura rəhbərliyinin iştirak etməməsinə münasibət bildirərkən deyib.
 
O bildirib ki, Milli Şura bir qurum olaraq artıq fəaliyyət göstərmir, çünki orada qərarları AXCP sədri Əli Kərimli qəbul edir:

“Belə olmasaydı, hörmətli Cəmil Həsənli bir gün bir cür, o biri gün başqa cür açıqlama vermək zorunda qalmazdı.

O, hər dəfə Müsavatın birgə aksiya təklifinə reaksiya verir, amma sonra bu mövqeyindən geri çəkilməli olur.
Mitinqə qatılmamaq məsələsinə gəlincə, cəbhəçilər az sayda da olsa, bizim mitinqdə var idilər. Amma bu, 11 və 17 sentyabr mitinqlərində yüksək səviyyədə təmsil olunmuş Müsavatın əməkdaşlıq jestinə adekvat addım deyildi. Əslində, sürpriz olmadı. Çünki Əli Kərimli yaranmış bu yeni və təhlükəli durumda nədənsə müxalifətin birgə fəaliyyətində maraqlı deyil. Baxmayaraq ki, bunun hakimiyyətin maraqlarına çox uyğun gəldiyini görmək heç çətin deyil”.
 





20.09.2016    çap et  çap et