525.Az

Türkiyəli 7 general Azərbaycanda


 

Türkiyəli 7 general Azərbaycanda<b style="color:red"></b> Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
 
Türkiyə Silahlı Qüvvələrindən APA-ya verilən məlumata görə, nümayəndə heyətində quru qoşunları, hərbi hava, hərbi dəniz qüvvələri, Silahlı Qüvvələrin Baş Qərargahının və digər qoşun növlərinin 21 zabiti təmsil olunur, onlardan 7-si generaldır.
 
Martın 15-dək davam edəcək səfər çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi qurumlarında görüşlər keçiriləcək. Görüşlərdə qarşılıqlı hərbi əməkdaşlığın müxtəlif aspektləri üzrə müzakirələr aparılacaq.
 
 





13.03.2013    çap et  çap et