525.Az

İTV-nin sabiq əməkdaşı azadlığa buraxıldı


 

İTV-nin sabiq əməkdaşı azadlığa buraxıldı<b style="color:red"></b> Jurnalist Azər İsrafilov həbsdən azad edilib.
 
APA-nın məlumatına görə,  Azər İsrafilov cəzasının başa çatmasına 7 ay 20 gün qalmış məhkəmə qərarı ilə şərti azadlığa buraxılıb.
 
Qeyd edək ki, A. İsrafilov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. O, vətəndaşın 13 min dollar məbləğində pulunu alaraq qaytarmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər İsrafilov 7 il müddətinə azadlıqdan məhrum edilib.
 
Zamində olan A. İsrafilov məhkəmə zalından həbs edilib. 2014-cü ildə A. İsrafilovun himayəsində 2 azyaşlı uşağının olması və ilk məhkumluğu nəzərə alınaraq Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cəzası 3 ilə endirilib.
 
Azər İsrafilov müxtəlif vaxtlarda ANS, İTV kanallarında çalışıb.
 





21.09.2016    çap et  çap et