525.Az

Lənkəran-Lerik yolunda sürüşmə


 

Lənkəran-Lerik yolunda sürüşmə <b style="color:red"></b> Lerik rayonunda torpaq sürüşməsi olub.
 
APA-nın cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Lerik yolunun 27-ci kilometrliyində qeydə alınıb.
 
Sürüşməyə son günlər cənub bölgəsinə yağan yağışın səbəb olduğu bildirilir. Belə ki, dağlardan gələn lil-palçıq magistral yola tökülərək, nəqliyyat vasitələrinin hərəkətinə çətinlik yaradıb. Eni 6 metr olan yolun üst qatı da sürüşməyə məruz qalıb. Nəticədə yol daralıb.
 
43 saylı Lerik rayon yol istismar sahəsinin rəisi Elxan Əliyev APA-ya bildirib ki, qurumun ağır texnikası və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Hazırda yolun yuxarı hissəsində avtomobillərin normal hərəkət etməsi üçün zolaq açılır.
 





21.09.2016    çap et  çap et