525.Az

Göyçayda baş vermiş kütləvi zəhərlənmənin səbəbləri açıqlandı


 

Göyçayda baş vermiş kütləvi zəhərlənmənin səbəbləri açıqlandı<b style="color:red"></b> İki gün öncə Göyçayda baş vermiş kütləvi zəhərlənmənin səbəbləri açıqlanıb.
 
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, Göyçayda mağarda keçirilən toyda baş vermiş zəhərlənmənin səbəblərini araşdırmaq üçün mal əti, qarışıq turşu (kələm-yerkökü), pendir, həmçinin xəstələrin qusuntu materiallarından nümunələr götürülüb.
 
Nümunələrdə mikroorqanizmlər, bağırsaq çöpləri tapılıb:
 
"Bu da onu göstərir ki, qidalar son dərəcədə çirklənmiş qida olub və nəticədə zəhərlənmə yaradıb".
 
İ.Abdullayev qeyd edib ki, sentyabrın 19-da baş vermiş kütləvi zəhərlənmə zamanı 22 nəfər zəhərlənib. Onlardan 12-si uşaq olub.
 





21.09.2016    çap et  çap et