525.Az

"İkili invoys"la işləyən sahibkarlara xəbərdarlıq


 

"İkili invoys"la işləyən sahibkarlara xəbərdarlıq<b style="color:red"></b> Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev sahibkarlara müraciət edib.
 
"APA-Economics" xəbər verir ki, "Caspian European Club"un təşkilatçılığı keçirilən biznes forumda A. Əliyev gömrük rəsmiləşdirilməsində qanun pozuntusuna yol verən sahibkarlara xəbərdarlıq ünvanlayıb:

"İş adamlarının və mətbuat nümayəndələrinin burada olmasından istifadə edərək "ikili invoys"la işləyən sahibkarları bu cəhdlərindən əl çəkmələrinə çağırıram.

İstəməzdik ki, iş adamları əziyyət çəksinlər. Lakin bu o demək deyil ki, artıq rəsmiləşdirilməsi bitmiş mallar üzərində biz öz tədqiqatımızı davam etdirməyəcəyik.

Əməkdaşlıq etdiyimiz digər ölkələrin gömrük orqanları ilə qiymətlərin müəyyən edilməsi ilə bağlı da addımlar atırıq və sonra da əldə edilmiş rəsmi məlumatlara əsasən həmin idxalçıların büdcə ödəmələrini tam şəkildə həyata keçirməsinə nail oluruq".
 





21.09.2016    çap et  çap et