525.Az

Mətbuat Şurası jurnalistlərə gödəkcələr payladı


 

Mətbuat Şurası jurnalistlərə gödəkcələr payladı<b style="color:red"></b>

Azərbaycan Mətbuat Şurası ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin (KİV) əməkdaşlarına üzərində “PRESS” yazılmış xüsusi gödəkcələr paylayıb.

“Report”un xəbərinə görə, gödəkcələri jurnalistlərə Şura sədri, millət vəkili Əflatun Amaşov təqdim edib.

Ə.Amaşov çıxış edərək deyib ki, Mətbuat Şurası jurnalistlər üçün nəzərdə tutulmuş gödəkcələri Daxili İşlər Nazirliyi ilə birgə hazırlayıb. Ümumilikdə 300 gödəkçə hazırlanıb.

O bildirib ki, jurnalistlər kütləvi tədbirləri, xüsusiilə də mitinqləri işıqlandırarkən üzərində “PRESS” yazılmış xüsusi gödəkcələr geyinməlidir:

“Bu, onları təhlükəsizliyi üçün çox önəmlidir”.

Qeyd edək ki, yaxın müddətdə həmin gödəkcələrin digər hissəsi də KİV redaksiyalarına paylanacaq.

 





22.09.2016    çap et  çap et