525.Az

Qəza nəticəsində gizir dünyasını dəyişdi


 

Qəza nəticəsində gizir dünyasını dəyişdi<b style="color:red"></b>

Azərbaycanda hərbi maşın qəzaya uğrayıb.

APA-nın məlumatına görə, hadisə bu gün 12.30 radələrində Naxçıvan Muxtar Respublikasında qeyd alınıb.
 
Culfa-Ordubad yolunda hərəkətdə olan, “N” saylı hərbi hissəyə məxsus yük maşınının aşması nəticəsində maşınının komandiri, 1986-cı il təvəllüdlü gizir Roman İslam oğlu Məmmədov hadisə yerində ölüb.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya məlumatı təsdiqləyib.

 





13.03.2013    çap et  çap et