525.Az

Bakı qlobal maliyyə mərkəzi olan 100 şəhərdən biridir


 

Bakı qlobal maliyyə mərkəzi olan 100 şəhərdən biridir<b style="color:red"></b> "Z/Yen Group" şirkəti dünyanın maliyyə mərkəzləri olan şəhərlərin siyahısını açıqlayıb.
 
"APA-Economics" xəbər verir ki, "Global Financial Centres Index" (GFCI) adlı hesabatı hazırlayarkən şirkət əsas maliyyə mərkəzlərinin rəqabətqabiliyyətliliyini öyrənir.
 
İlk dəfə olaraq siyahıya daxil olan Bakı 97-ci pilləsində qərarlaşıb.
 
Siyahının lideri Londondur. Nyu-York və Sinqapur ikinci və üçüncü yerləri bölüşürlər.
 
Qonşu ölkələrə gəlincə, 7 pillə irəliləyən Almatı 70-ci yerdədir. 17 pillə geriləyən Moskva və 3 pillə geriləyən Sankt-Peterburq 84 və 85-ci pillələrdə qərarlaşıblar.
 
GFCI "Z/Yen Group" tərəfindən 2005-ci ildən etibarən hazırlanır.
 





27.09.2016    çap et  çap et