525.Az
Mövqelərimiz atəşə tutulub
Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
14.03.2013
çap et